Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnadkar arvadlarınızı tənbeh edin, kömək etməsə üç gün onlardan ayrı yatın''

''İnadkar arvadlarınızı tənbeh edin, kömək etməsə üç gün onlardan ayrı yatın''

Tarix: 17 Fevral 2022 19:18

Malayziya Baş nazirin qadın məsələləri üzrə müavini məişət zorakılığına haqq qazandırmaqda ittiham olunur.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, Zayla Moxd Yusoff adlı nazir müavini ölkənin kişi nümayəndələrinə səslənərək həyat yoldaşlarının onların sözlərinə tabe olmadığı halda onları cəzalandırmağı tövsiyə edib.

Qadın məmur bu barədə özünün "Analara nəsihət" adlı "Instaqram" səhifəsində paylaşdığı yazıda qeyd edib.

"İnadkar arvadlarınızı danışaraq tənbeh edin, bu kömək etməsə onlardan üç gün ayrı yatın. Lakin əgər arvad ayrı yatdıqdan sonra yenə də verilən məsləhətə əməl etməkdən və davranışını dəyişməkdən imtina edərlərsə öz  ciddiliyinizi və tələbkarlığınızı nümayiş etdirməkdən ötrü ona qarşı yüngül fiziki tənbeh metodundan istifadə edə bilərsiniz", - Zayla Moxd Yusoff yazıb.

Rəsmi şəxsin bu tövsiyəsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Qadın hüquqlarını müdafiə edən birliklər naziri müavininin dərhal vəzifəsindən istefa verməsini tələb edib.


Etiketlər:  İnadkar arvadlarınızı tənbeh edin kömək etməsə üç gün onlardan ayrı yatın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ