Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" ilə oynayan favorit olmur" - Klopp

Tarix: 30 Aprel 2019 11:44

"Liverpul"un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının yarımfinalında sabah keçiriləcək "Barselona" ilə ilk oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, oynayacaqları "Nou Kamp" stadionu ilə bağlı bunları deyib: "Nou Kamp" sadəcə bir futbol stadionudur. Çox böyükdür, amma futbol məbədi deyil. Orada "Lion" və "Mançester Yunayted" uğursuz çıxış etdi. Ümid edirəm ki, biz orada yaxşı oynayacağıq".

Alman mütəxəssis Kataloniya klubu ilə matçda favorit olmadıqlarını bildirib:  "Barselona" ilə oynayırsansa, favorit deyilsən. Bu, bütün azarkeşlər üçün fantastik matç olacaq".

 


Etiketlər:  Barselona ilə oynayan favorit olmur Klopp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ