Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə koalisiyasının Yəmən həbsxanasına hücumda 156 nəfər ölüb

Səudiyyə koalisiyasının Yəmən həbsxanasına hücumda 156 nəfər ölüb

Tarix: 6 Sentyabr 2019 05:28

Bakı. Trend:

Səudiyyə Ərəbistan koalisiyasının Yəməndəki həbsxanaya endirilən hava zərbələri nəticəsində 156 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı bildirib.

Məlumata əsasən, daha 50 nəfər xəsarət alıb.

Qeyd edək ki, bazar günü səhər "Al Arabiya" telekanalı pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri və "Ənsar Allah" (husilər) hərakatının raket silahlarının saxlanıldığı Damar əyalətindəki anbara hava hücumu təşkil etdiyini bildirib. Deyilib ki, cəmi altı zərbə endirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səudiyyə koalisiyasının Yəmən həbsxanasına hücumda nəfər ölüb


RƏYLƏR