Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyləqanda bir-birindən “patı” alanlar saxlanıldı - FOTO

Beyləqanda bir-birindən “patı” alanlar saxlanıldı - FOTO

Tarix: 19 Fevral 2022 20:18

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Pərviz Mətləbzadə saxlanılıb.

Araşdırmalarla onun narkotiki rayon sakini Kamran Hümbətlidən aldığı müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

K.Hümbətlinin üzərindən metamfetamin aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə K.Hümbətlinin narkotiki digər bir rayon sakini olan İlham Mirzəyevdən aldığı müəyyən olunub və o, idarə etdiyi avtomobillə birgə rayon ərazisində saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman bükümlərdə qablaşdırımış metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.  

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Etiketlər:  Beyləqanda bir birindən patı alanlar saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ