Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3 ildir itkin düşən 6 yaşlı uşağı yaşadığı evdə tapdılar: İnanılmaz olay - FOTO

3 ildir itkin düşən 6 yaşlı uşağı yaşadığı evdə tapdılar: İnanılmaz olay - FOTO

Tarix: 20 Fevral 2022 01:46

Nyu-Yorkda 3 il əvvəl itkin düşdüyü iddia edilən 6 yaşlı uşaq tapılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, 3 il əvvəl ata və ana polisə 3 yaşlı qızın itkin düşdüyünü bildirib. Uzun zamandır aparılan axtarışlara baxmayaraq, uşağı tapmaq mümkün olmayıb. Hadisənin üstü qonşunun səyi nəticəsində açılıb. Məlumata görə, qonşuluqda yaşayan şəxs evdə şübhəli məqamın olduğu barədə polisə məlumat verib.

Xüsusi axtarış qrupu evə cəlb edilib. Aparılan axtarışlar nəticəsində 6 yaşlı uşaq evin zirzəmisindəki sandığın içindən tapılıb. Sən demə, valideynlər uşağı zirzəmidə saxlayırmış. Uşağın səhhəti normaldır. Valideynlər polis tərəfindən nəzarətə götürülüb.

Milli.Az


Etiketlər:  3 ildir itkin düşən 6 yaşlı uşağı yaşadığı evdə tapdılar İnanılmaz olay FOTO


RƏYLƏR