Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elvis Presli barədə filmin ilk treyleri yayımlandı – VİDEO

Elvis Presli barədə filmin ilk treyleri yayımlandı – VİDEO

Tarix: 20 Fevral 2022 04:25

Əfsanəvi amerikalı musiqiçinin həyatından bəhs edən "Elvis" filminin ilk treyleri yayımlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, debüt videosu "Warner Bros" studiyasının rəsmi "YouTube" kanalından paylaşılıb.

Bioqrafik film Elvis Preslinin həyatı və musiqi karyerası, həmçinin menecer Tom Parker ilə çətin münasibətlərindən bəhs edir. Burada baş rolu 30 yaşlı aktyor Ostin Batler oynayıb. Rok-n-roll kralının menecerini isə ikiqat "Oskar" mükafatçısı Tom Henks canlandırıb.

Filmin rejissoru Baz Lurmandır.

Ekran əsərinin premyerası iyunun 24-də baş tutacaq.

Milli.Az


Etiketlər:  Elvis Presli barədə filmin ilk treyleri yayımlandı VİDEO


RƏYLƏR