Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bu plan 1945-ci ildən bəri Avropada ən böyük müharibəyə səbəb ola bilər” - Boris Conson

“Bu plan 1945-ci ildən bəri Avropada ən böyük müharibəyə səbəb ola bilər” - Boris Conson

Tarix: 20 Fevral 2022 09:34

Böyük Britaniyanın Baş naziri Boris Conson İkinci Dünya Müharibəsinin bitməsindən sonra ən böyük müharibə riskindən danışıb və bunu Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə izah edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Baş nazir bu barədə BBC-yə müsahibəsində söyləyib.

Siyasətçinin sözlərinə görə, Rusiyanın "müəyyən mənada artıq Ukrayna ərazisini işğal etmək planını həyata keçirməyə başladığına" dair bəzi "işarələr" var:

"Qorxuram ki, indi şahidi olduğumuz bu plan 1945-ci ildən bəri Avropada ən böyük müharibəyə səbəb ola bilər".

Böyük Britaniyanın baş naziri kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, rus qoşunları guya Kiyevi "mühasirəyə almağı" planlaşdırır.

Milli.Az


Etiketlər:  Bu plan 1945 ci ildən bəri Avropada ən böyük müharibəyə səbəb ola bilər Boris Conson


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ