Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2022 11:24
Samux rayonu, Kolayır kənd sakini 25 yaşlı Mirzaman Əliyev 4 nəfərin hücumuna məruz qalıb.
Xezerxeber.az-ın məlumatına görə, Mirzaman Əliyev əvvəlcə döyülüb, sonra isə qulağı kəsilib.
İlkin məlumata görə, onu daha əvvəllər tanıdığı şəxslər yaşadığı evdən apararaq Füzuli kəndinin yaxınlığındakı meşədə döyüb, sonra telefona çəkib və qulağını kəsərək meşədə təkbaşına qoyub gediblər. Mirzaman Əliyev sürünərək meşəlik ərazidən çıxıb və kəndin yaxınlığında sakinlər tərəfindən müəyyən edilərək ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Mirzaman Əliyevin sözlərinə görə, bir müddət öncə onu döyən şəxslərdən birinin yaxını ilə mübahisəsi düşüb. Bu mübahisəyə görə Mirzaman Əliyev məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs olunub.
Mirzaman Əliyev yaşadığı Kolayır kəndində tək qalırmış. Hadisə vaxtı onu evdən apararkən valideyinləri və ya hər hansı yaxınının xəbəri olmayıb. Xəsarət alan şəxsin valideyinləri hadisədən səhər saatlarında xəbər tutublar.
Samux rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa xəsarət yetirən 4 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar tutularaq istintaqa cəlb olunublar. Araşdırmalar zamanı məlum olub ki, Mirzaman Əliyevi rayonun Füzuli kəndində yerləşən "Şəhidlər bulağının" su krantını qırdığına görə həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev döyüblər. Hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: