Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qışda ən çox əllərinizə qulluq edin

Qışda ən çox əllərinizə qulluq edin

Tarix: 20 Fevral 2022 15:00

Əllər bədənin digər hissələrinə nisbətən daha həssas dəriyə sahibdir. Qışda soyuqdan tez zədələnir, yayda isə günəş şüalarından zərər görür.

Sonxeber.net Axşam.az-a istinadən bu dəfə əllərə qulluq vasitələri təqdim edir:

Əl dərisi tez quruyur, çatlayır, soyulur. Bunun üçün soyuq havada əlləri nəmləndirmək mütləqdir.

Əlinizi yuduğunuz suyun çox soyuq və ya çox isti olmamasına diqqət edin. İsti su əlləri qurudur, soyuq havada çatlayıb qanamasına gətirib çıxarır.

Əllərinizi yuduqdan sonra nəmləndirici krem çəkin.

Soyuq havada əlcək taxmağa üstünlük verin. Əgər ev işləri çox görür, qab yuyursunuzsa, rezin əlcəkdən istifadə edin.

Çantanızda daim nəmləndirici saxlayın. Küçəyə çıxanda tez-tez əlinizə krem çəkin. Gecə yatmazdan əvvəl də mütləq krem çəkin.

Əgər vaxtınız varsa, axşam yatmazdan əvvəl əlinizi dəniz duzu tökülən suda vanna edin. Sonra onu skrabla sürtün.


Etiketlər:  Qışda çox əllərinizə qulluq edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ