Tarix: 6 Sentyabr 2019 22:24
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Qol.az xəbər verir ki, Milan Obradoviçin komandası Bakıda Slovakiyanı qəbul edib. “Dalğa Arena”da keçirilən qarşılaşmada yığmamız 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupun ilk oyununda Lixtenşteynə uduzan (0:1) yığmamızın növbəti matçı sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.
6 sentyabr
Avropa çempionatı, II tur
20:30. Azərbaycan - Slovakiya - 2:1
Qollar: Barış Ekincier, 7 (1:0), Lubomir Tupta, 82 (1:1), Barış Ekincier, 90+3 (2:1)
Baş hakim: Deyan Yakimovski (Şimali Makedoniya)
Bakı. "Dalğa Arena"