Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanı ancaq belə zəmanət qane edə bilər - Polyanski

Rusiyanı ancaq belə zəmanət qane edə bilər - Polyanski

Tarix: 20 Fevral 2022 17:54

Qərb ölkələri NATO-nun şərqə doğru genişləndirməmək vədini pozduqdan sonra Rusiyanı ancaq dəmir, təhlükəsizlik zəmanətləri qane edə bilər.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

"Qərb liderlərinin bu cür vədləri pozması səhv idi, Sovet və Rusiya liderləri isə öz vədlərinə əməl edirdilər. İndi də insanlar soruşurlar ki, niyə biz şifahi təminatları və müqavilələri qəbul etmirik? Bu dəfə yalnız qanuni öhdəliyi olan zəmanətlər lazımdır", - Polyanski qeyd edib.


Etiketlər:  Rusiyanı ancaq belə zəmanət qane edə bilər Polyanski


RƏYLƏR