Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prosedur zamanı zəli 5-15 millilitr qan sora bilir

Prosedur zamanı zəli 5-15 millilitr qan sora bilir

Tarix: 20 Fevral 2022 23:18

Hiruditerapiya, sadə dildə desək, zəli ilə müalicə hələ qədim zamanlardan məlumdur. Maraqlıdır ki, 400-ə qədər zəli növü içərisində yalnız biri müalicə məqsədilə istifadə edilir.

Həkim-fitoterapevt Fizuli Hüseynovun Sonxeber.net-a verdiyi məlumata görə, müalicəvi zəlilərdən bir dəfə istifadə etmək olar: "Zəli terapiyası daha çox qan təzyiqinin normalaşdırılması zamanı yüksək təzyiqə qarşı istifadə olunur. Ürək xəstəlikləri, zob, miokard infarktının qarşısının alınmasında, miqren, xroniki baş ağrıları və osteoxondroz zamanı tətbiq edilir, çünki onun tətbiqi nəticəsində əzələlərin iltihabı prosesi gedir və bu zaman xəstədə çox ağrılar olur və əzələnin sərtləşməsi əmələ gəlir. Varikoz damarlarının müalicəsində də zəlidən istifadə edilməsi faydalı nəticələr verir".

Həkim-fitoterapevt deyib ki, xəstəlikdən asili olaraq zəli xəstənin bədəni üzərində 20-60 dəqiqə qalır: "Həmin müddətdə bir zəli 5-15 millilitr qan sora bilir. Zəli doyduqdan sonra bədəndən özü ayrılır. "Bu zaman zəlinin ağız suyunda olan fermentlər qana keçir və bir çox bioloji aktiv maddələr qanda dövr edərək zədəli nahiyəni tənzimləyir. Vaxtından qabaq ayırmaq istədikdə isə onun üzərinə duz, spirt, limon şirəsi tökmək lazımdır".

Qanın laxtalanması zəif olanlara, hamiləlik, laktasiya, kiçik yaşlı uşaqlara zəli terapiyası tətbiq etmək olmaz.

Hiruditerapiya ildə iki dəfə - yaz və payız aylarında aparılır. Xəstəlikdən asılı olaraq zəlilərin sayı və müalicə müddəti dəyişir. Həmin müalicə yalnız mütəxəssislər tərəfindən icra olunmalıdır.


Etiketlər:  Prosedur zamanı zəli millilitr sora bilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ