Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın ikinci qolu bizi “sındırdı”

''Qarabağ''ın ikinci qolu bizi “sındırdı”

Tarix: 6 Sentyabr 2019 11:40

“Linfild”in futbolçusu Nayl Kvin Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la  keçirilən oyunları xatırlayıb.

Qol.az “BBC”yə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi mübarizəni dayandırmalarına baxmayaraq, Ağdam klubuna qarşı baxımlı oyun sərgilədiklərini qeyd edib: “Biz hər iki oyunda yüksək xarakter ortaya qoyduq, çoxlu cəhdlər etdik. Qrup mərhələsində oynamaq olduqca yaxşı olardı. Təəssüf ki, bunu etmək üçün lazımi keyfiyyətlərimiz yox idi. Bununla belə, hər iki matç komanda yoldaşlarım üçün yaxşı bir sınaq oldu".

Kvin etiraf edir ki, "Qarabağ"la matçlar növbəti illərdə Avropa Liqasının oyunlarnda onlar üçün böyük təcrübə olacaq. Yarımmüdafiəçi “Qarabağ”ın Bakıdakı oyuna olduqca sürətli başladıqlarını diqqətə çatdırıb: “Bakıdakı matçda ilk 5-6 dəqiqə bizim üçün xaotik keçdi. Düşünürəm ki, hərdən planlarımızı tətbiq edə bilirdik. Matçın sonu yaxınlaşdıqca biz daha artığını etmək istəyirdik. Bir neçə şans əldə etdik, amma bu o qədər də uğurlu olmadı. İkinci qol bizi tamamilə “sındırdı”. Bununla belə düşünürəm ki, komandamız Avropanın nəhəng komandaları ilə oynamaq üçün yaxşı keyfiyyətə malikdir".

Xatırladaq ki, "Qarabağ" "Linfild"i iki oyunun nəticəsinə görə (2:3, 2:1) üstələyərək qrup mərhələsinə vəsiə qazanıb.
 


Etiketlər:  Qarabağın ikinci qolu bizi sındırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ