Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 15:25
Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" proqramına qonaq olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, verilişdə oğlu və gəlinindən danışıb. Nadir deyib ki, ötən günlərdə öz ad günündən onlarla birgə foto paylaşıb:
"Şəkillərini paylaşmışdım. Mənim ad günümdə çəkilmişdi. Hərdən deyirlər, kürəkəndən oğul, gəlindən qız olmaz. Bu fikirlə razılaşmıram. Özü, tərbiyəsi, əxlaqı düz olan kürəkən oğul, gəlin qız olur. Oğlum foto çəkiləndə deyir ki, paylaşmayacaqsan ki? Dedim, yox. Söyləyir ki, çox ictimailəşmək istəmirik".
Qeyd edək ki, Nadirin oğlu Loğman ötən ilin dekabrında Əntiqə adlı xanımla evlənib.