Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 20:50
"Krasnodar"ın futbolçusu Məhəmməd-Şəfi Süleymanovla AFFA arasında aparılan danışıqların təfərrüatları bəlli olub.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, assosiasiya 22 yaşlı hücumçunun milliləşdirilməsində israrını davam etdirir.
Hazırda icarə əsasında Türkiyə klubu "Giresunspor"da çıxış edən ön xətt oyunçusuna Azərbaycan millisini seçməsi qarşılığında bəzi vədlər verilib. Əksər milliləşənlər kimi, o da yığmanı seçərsə, 1 milyon manata yaxın qazanc əldə edəcək. Bundan başqa, Süleymanovun Bakıda 3 otaqlı mənzili də hazır olacaq.
Bu da son deyil. Hücumçuya millidə və "Krasnodar"dan ayrılacağı təqdirdə "Neftçi"də əsas heyətdə yer almaq vədi də verilib.
2017-ci ildən əsas komandasına cəlb olunduğu "Krasnodar"ın yetirməsi olan Məhəmməd-Şəfi Süleymanov Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarının hamısına çağırılıb. Gənc forvard Premyer Liqada 82 oyunda 16 qol vurub. O, bu mövsüm "Giresunspor"un heyətində Türkiyə Super Liqasında keçirdiyi 23 matçda aktivinə 3 qol, 3 assist yazdırıb.
Qeyd edək ki, Süleymanovun "Krasnodar"la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.