Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlandı

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlandı

Tarix: 22 Fevral 2022 09:18

Saatlıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, Saatlı rayon sakini S.Hüseynova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Saatlı RPŞ-də araşdırmalar aparılır.

Milli.Az


Etiketlər:  Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ