Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KTMT qüvvələri “DXR” və “LXR”ə göndərilə bilər?

KTMT qüvvələri “DXR” və “LXR”ə göndərilə bilər?

Tarix: 22 Fevral 2022 10:38

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin qondarma Donetsk və Luqansk Xalq Respublikalarına göndərilməsi mümkün deyil".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi açıqlayıb.

"Bu, mümkün deyil. Çünki KTMT-nin nizamnaməsi təşkilatın hərbçilərinin və sülhməramlarının tətbiq olunduğu sahələri məhdudlaşdırır. Belə ki, onlardan yalnız KTMT məkanında istifadə oluna bilər", - deyə nazir söyləyib.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki "Luqansk Xalq Respublikası" və "Donetsk Xalq Respublikası"nın tanınmasına dair fərman imzalayıb.


Etiketlər:  KTMT qüvvələri LXRə göndərilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ