Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən gün şənliklərdə qaydaları pozan 6 nəfər cərimələnib

Ötən gün şənliklərdə qaydaları pozan 6 nəfər cərimələnib

Tarix: 22 Fevral 2022 11:06

Fevralın 21-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 67 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, monitorinq 61 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 62 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Etiketlər:  Ötən gün şənliklərdə qaydaları pozan nəfər cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ