Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peleni xəstəxanadan buraxmırlar - SƏBƏB

Peleni xəstəxanadan buraxmırlar - SƏBƏB

Tarix: 22 Fevral 2022 12:12

Dünya futbolunun canlı əfsanəsi Pele xəstəxanada müalicəsini davam etdirir.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, braziliyalını bu dəfə həkimlər evə buraxmırlar.

Buna səbəb üçqat dünya çempionunun sidik yollarında infeksiya aşkarlamasıdır. 81 yaşlı braziliyalı sentyabrda aşkar edilmiş şişinin müalicəsini davam etdirmək üçün fevralın 13-də San Paulodakı xəstəxanaya yerləşdirilib. Ancaq müayinələr zamanı infeksiya olduğu müəyyənləşdiyindən onun orada qalma müddətini uzadılıb.

Qeyd edək ki, Pele ötən il sentyabrın 4-də əməliyyat olunub.


Etiketlər:  Peleni xəstəxanadan buraxmırlar SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ