Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavanşir Quliyev himn oxuyan müğənnilərimizi tənqid etdi

Cavanşir Quliyev himn oxuyan müğənnilərimizi tənqid etdi

Tarix: 22 Fevral 2022 19:25

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "Popumuz var" verilişində qonaq olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, musiqiçi Murad Arifin müğənnilərimizin himn oxuması ilə bağlı sualını cavablandırıb. Cavanşir Quliyev dövlət himni oxuyan sənətçilərimizi tənqid edib:

"Amerikanı yamsılamaq lazım deyil. Ora böyük ölkədir, yenə də bunu etmək lazım deyil. Siz onu pis və keyfiyyətsiz etmisiniz, musiqiçi olaraq deyirəm. Vətəndaşam, dinləyirəm, baxıram ki, keyfiyyətli deyil. Bu, siyasi atribut olduğuna görə lazım deyil. Azərbaycanda oxunası o qədər şey var ki, himn bu siyahıda axırıncı yerdədir. Onu oxumağın anlamı nədir? Amerika bayraqlardan iç geyim edir. Toxunmasınlar!".

Qeyd edək ki, himnimizi ifa edənlər arasında Xalq artistləri Alim Qasımov, Faiq Ağayev, Əməkdar artistlər Fərqanə Qasımova, Sabina Babayeva, xanəndə Bəyimxanım Vəliyeva və başqaları da var.

Milli.Az


Etiketlər:  Cavanşir Quliyev himn oxuyan müğənnilərimizi tənqid etdi


RƏYLƏR