Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış bəstəkarı topa tutdular

Tanınmış bəstəkarı topa tutdular

Tarix: 22 Fevral 2022 20:45

Əməkdar artist Fərqanə Qasımova tanınmış bəstəkar Cavanşir Quliyevin himn səsləndirən ifaçılarla bağlı söylədiyi fikirlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, bu barədə xanəndə olay-a açıqlama verib. Qasımova bildirib ki, Üzeyir Hacıbəyov ifalarını eşitsəydi, şad olardı:

"Dahi bəstəkar Üzeyir Hacıbəyov bəstələyib. Üzeyir bəy yaradıcılığında xalq musiqilərinə çox üstünlük verib. Bütün detallarına qədər xalq mahnılarından istifadə edib. Düşünürəm ki, Üzeyir bəy bizim ifamızı eşitsə, çox şad olardı. Bəlkə də ruhu şaddır ki, biz bu əsərə müraciət etmişik. Onu da qeyd edim ki, müharibə dövründə Ali Baş Komandanımnız Şuşanın azadlıq xəbərini xalqla paylaşdı. Biz o zaman himnimizə müraciət etdik.

Orada da mənim övladlarım, Alim müəllimin nəvələri də iştirak etdilər. İfamızı da Fərahim Sadiq aranjıman etdi. Biz zəfər sevincini yaradıcılığımızla dilə gətirdik. Gözəl də qarşılandı. İnanıram ki, Cavanşir müəllim də bizim ifamızı eşitsə, müsbət rəylərini bildirər".

Qeyd edək ki, C. Quliyev "Popumuz var" verilişində himni səsləndirənlərin bunu pis və keyfiyyətsiz ərsəyə gətirdiklərini deyib.

Milli.Az


Etiketlər:  Tanınmış bəstəkarı topa tutdular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ