Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sizdə bu simptomlar varsa, qaraciyəriniz TƏHLÜKƏDƏDİR. Qaçırmayın!

Sizdə bu simptomlar varsa, qaraciyəriniz TƏHLÜKƏDƏDİR. Qaçırmayın!

Tarix: 22 Fevral 2022 21:03

Qaraciyəri "lal orqan" adlandırırlar. Qaraciyərdə sinir ucları yoxdur bu səbəbdən bu orqan ağrımır. Ağrı yalnız qaraciyər böyüyəndə və öz kapsulunu dartanda əmələ gəlir.

Lakin qaraciyərdə problemlərin olmasına bəzi digər simptomlar işarə edə bilər.

Bu simptomlar arasında:

- Dilin üzərində ərp

Saglamolun.az bildirir ki, qaraciyər xəstəlikləri zamanı dilin üzərində qalın sarı və ya sarılı-yaşıllı ərp əmələ gələ bilər.  

- Ürəkbulanması

Ürəkbulanması ilə yanaşı bəzi qidala ikrah hissi yarana bilər, iştaha pozula və ya tam itə bilər, qusma da mümkündür.

- Nəcisin açıq rəngdə olması

Bu çox ciddi və təhlükəli simptomdur. Bu simptom qaraciyərin zədələnməsi və həmçinin mədəaltı vəz və öd yollarında xoşagəlməz proseslərə işarə edə bilər.

- Qanaxmalar

Qaraciyər patologiyaları zamanı qan laxtalanması proseslərində pozulmalar inkişaf edə bilər ki, nəticədə xəstədə burun qanaxmaları, qadınlarda menstrual qanaxmaların artması və s. ola bilər.

- Dərinin, gözlərin, selikli qişaların saralması

Bu hepatit və hətta qaraciyər sirozuna işarə edə bilər.  

- Ağızda acı dad

Bu simptomun da xroniki xarakter alması müxtəlif qaraciyər xəstəliklərinə və hətta qaraciyər xərçəngi və sirroza işarə edə bilər. 


Etiketlər:  Sizdə simptomlar varsa qaraciyəriniz TƏHLÜKƏDƏDİR Qaçırmayın


RƏYLƏR