Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyin damarlarının zədələnməsinin əsas səbəbləri - Həkim nevroloq açıqladı

Beyin damarlarının zədələnməsinin əsas səbəbləri - Həkim nevroloq açıqladı

Tarix: 22 Fevral 2022 21:27

Qollarda, əllərdə birtərəfli keyimə, uyuşma beyin damarlarının zədələnməsi və qan dövranı pozulması əlaməti ola bilər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə həkim nevroloq Yuliya Yevsutina xəbərdarlıq edib.

Hansı simptomlar beyin damarlarının təhlükədə olduğunu göstərir.

Əvvəldən beyin damarları üçün təhlükə riski hesab edilən yüksək təzyiq, şəkərli diabet, ateroskleroz siyahısına son 2 ildir koronavirus da əlavə olunub.

"Damarları zədələyən ən birinci səbəb hipertoniyadır, təzyiqin yüksəlməsi hər dəfə bütünlükdə damar sistemini zədələyər.
Beyin damar zədələnməsinin başlıca təhlükəsi insult və infarktdır.

Həkim beyin qan dövranının kəskin pozulmasının əlamətlərini açıqlayıb:

"Bir tərəfli iflic, yaddaş pozulması, keyləşmə, nitqin pozulması, üzün əyilməsi, başgicəllənmə, yerişin pozulması kimi hallarda təcili tibbi yardım çağırılmalıdır".

Xroniki qan dövranı pozulması elə də ciddi siqnallar vermir. Amma xəstələr mütləq simptomlar hiss edir. Beyində duman, qulaqda küy, qollarda, ayaqlarda zəiflik, yaddaşda zəifləmə, başgicəllənmə, görmənin bulanması zamanı da yubatmadan nevroloqa müraciət etmək lazımdır.


Etiketlər:  Beyin damarlarının zədələnməsinin əsas səbəbləri Həkim nevroloq açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ