Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Rusiyanın ''danışan başları''nı cəzalandırdı

Avropa Rusiyanın ''danışan başları''nı  cəzalandırdı

Tarix: 23 Fevral 2022 12:38

Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərindəki separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" rejimlərinin "müstəqilliyi"ni tanıdığana görə Rusiya Federasiyasına qarşı tətbiq edilmiş cəza sanksiyalarında siyasətçilərlə jurnalistlər də var.

Milli.Az bildirir ki, Avropa İttifaqı Dövlət Dumasının vitse-spikeri və teleaparıcı Pyotr Tolstoy, teleaparıcı Vladimir Solovyov, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova və "Russiya Today"in rəhbəri Marqarita Simonyanı da sanksiya tətbiq edilmiş şəxslər siyahısına daxil edib.

Sözügedən şəxslərin hamısına Avropa İttifaqına giriş yasaqlanacaq. Onların Avropadakı bank hesablarına, daşınan və daşınmaz əmlakına da "dondurulma" tətbiq ediləcək.

Avropa mediasında "talking heads" ("danışan başlar") adlandırılan Marqarita Simonyan və Vladimir Solovoy aşkar ermənipərəst, Azərbaycana qarşı fasiləsiz olaraq kəskin antipatik mövqe tutmaları ilə tanınırlar.

Milli.Az


Etiketlər:  Avropa Rusiyanın danışan başlarını cəzalandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ