Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poliqlot-müxbir Kiyevdən altı dildə yayıma çıxdı - VİDEO

Poliqlot-müxbir Kiyevdən altı dildə yayıma çıxdı - VİDEO

Tarix: 23 Fevral 2022 14:42

Son günlərdə dünya ictimaiyyətinin diqqəti Rusiya ilə Ukrayna arasındakı vəziyyətə yönəlib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlum olub ki, müxtəlif ölkələrdə tamaşaçıların bir hissəsi eyni jurnalistin reportajlarına baxıb. Belə ki, o, Kiyevdən altı müxtəlif dildə yayıma çıxıb.

Filip Krouter "Associated Press"-in müxbiri və Ağ Ev Müxbirlər Assosiasiyasının rəsmi üzvüdür. O, Lüksemburqda ingilis qadın və alman kişinin ailəsində anadan olub. Uşaqlıqdan artıq üç dildə (alman, ingilis və lüksemburq) danışan gələcək jurnalist sonradan fransız, ispan və portuqal dillərini də öyrənib. İndi altı dildə sərbəst danışır. Bu cür bacarıqlar ona eyni anda bir neçə mediada işləməyə, müxtəlif ölkələrin sakinləri üçün tədbirləri işıqlandırmağa kömək edir.


Etiketlər:  Poliqlot müxbir Kiyevdən altı dildə yayıma çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ