Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Unikal avtomobil satışa çıxarıldı - FOTO

Unikal avtomobil satışa çıxarıldı - FOTO

Tarix: 23 Fevral 2022 16:38

Almaniyada 50 yaşlı "Jaguar" satışa çıxarılıb.

Avtomobilin satış elanı superkarlar və ekzotik modellər üzrə ixtisaslaşan "Spartan Horse" onlayn platformasında peyda olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1971-ci il istehsalı ingilis idman avtomobili 800 at gücündə malik 8,5 litr həcmli V12 mühərriklə təchiz edilib.

Beş pilləli sürət qutusu ilə təchiz edilən "Jaguar" 100 kilometrə qədər 4,1 saniyə ərzində sürətlənir. Onun maksimal sürətisə saatda 300 kilometri ötür.

"Jaguar E-Type" kupesi əsasında hazırlanan avtomobilin qiyməti 250 min avrodur.

Milli.Az


Etiketlər:  Unikal avtomobil satışa çıxarıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ