Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkənin əhalisi son doqquz ayda 1 milyon nəfər artıb

Bu ölkənin əhalisi son doqquz ayda 1 milyon nəfər artıb

Tarix: 23 Fevral 2022 22:12

Misir Statistika İdarəsinin məlumatına görə, son doqquz ayda bu ölkənin əhalisi 1 milyon nəfər artaraq 103 milyona çatıb. Bu, Şimali Afrika və Yaxın Şərq ölkələri arasında ən yüksək göstəricidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, son bir il ərzində Misirdə hər 14 saniyədə bir körpə dünyaya gəlib. Statistika göstərir ki, bu gedişlə 2032-ci ildə bu ölkənin əhalisinin sayı 125 milyon nəfərə çatacaq.

Misir hökuməti əhalinin sürətli artımının qarşısını almaq məqsədilə tədbirlər planı hazırlayıb. Nazirlər Kabinetinin son iclasında qeyd olunub ki, demoqrafik proseslərdə bu cür dəyişiklik sosial və iqtisadi problemlərə səbəb ola bilər. Misir Prezidenti Əbdülfəttah əl-Sisi çıxışında qeyd edib ki, hazırda baş verən əhalinin sürətli artımı fonunda sosial problemlərinin həlli, o cümlədən əhalini iş və mənzillə təminatı üçün ümumu daxili məhsulun həcmi 1,5 trilyon dollar olmalıdır ki, bu da qeyri-mümkündür.


Etiketlər:  ölkənin əhalisi doqquz ayda milyon nəfər artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ