Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kömək üçün bərpa mərkəzinə müraciət etdi - Orada isə narkotik yeridib təcavüz etdilər

Kömək üçün bərpa mərkəzinə müraciət etdi - Orada isə narkotik yeridib təcavüz etdilər

Tarix: 24 Fevral 2022 00:32

Rusiyanın Perm şəhərində reabilitasiya mərkəzində yaşananlar hər kəsi şoka salıb. Mərkəzin əməkdaşları 27 yaşlı Kseniyaya güclü dərmanlar vurduqdan sonra onu iki dəfə zorlayıblar.

Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, Kseniya 2019-cu ildə Moskvadan Permə köçüb. Səfər ərinin təşəbbüsü ilə baş tutub. Ancaq tezliklə ailədə problemlər başlayır və cütlük boşanır. Boşluqdan üzülən qız çıxış yolunu içməkdə görür, alkoqol aludəçisi olur. Lakin belə davam edə bilməyəcəyini başa düşdükdən sonra reabilitasiya mərkəzinə getməyə qərar verir. Ora gəldiyi gün işçilər, onun dediyinə görə, ona güclü dozada hansısa narkotik maddə yeridiblər. Bundan sonra qız iddia edir ki, məsləhətçi tərəfindən zorlanıb. Hazırda qız xəstəxanadadır. Həkimlər onun vəziyyətini izləyir və reabilitasiya mərkəzində ona hansı dərman verildiyini öyrənirlər. İstintaq Komitəsi zərərçəkmişin ifadəsində göstərdiyi faktlar üzrə istintaqa başlayıb.

Anar Əli


Etiketlər:  Kömək üçün bərpa mərkəzinə müraciət etdi Orada isə narkotik yeridib təcavüz etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ