Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 07:30
Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində bir bulaq yaradılıb, üzərində isə bu sözlər qeyd olunub:
"Rembo ləqəbli Azərbaycanın Milli Qəhrəmanı Qasımov Adil Calal oğlu".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, lövhənin yanında isə onun atası Calal kişiyə həsr olunmuş lövhə də var - şəhid atası kimi.
Yolum buradan düşəndə mənzərəni gördüm və belə bir Milli Qəhrəmanımızın mövcudluğundan xəbərsiz olduğum üçün özümü qınadım. Ardınca Adil Qasımovun adını "Google"a yazaraq axtarış verdim.
Nəticə məni heyrətləndirdi: Bu adda nəinki Milli Qəhrəmanımız yoxdur, hətta həmin adda şəhidimizin olması barədə də heç bir məlumat mövcud deyil.
Situasiya məni üç istiqamətdən narahat etdi:
1) Belə bir Milli Qəhrəmanımız varsa, onun adı niyə heç bir mənbədə qeyd olunmayıb?
2) Milli Qəhrəman olmasa belə, bu adda şəhidimiz varsa, niyə onun haqqında heç yerdə məlumat yoxdur?
3) Əgər Adil Qasımov Azərbaycanın Milli Qhrəmanı deyilsə, rəsmi status olan "Azərbaycanın Milli Qəhrəmanı" titulun barəsində prezidentin müvafiq sərəncamı olmayan bir şəxsə şamil olunması doğrudurmu və bu hadisə ictimai şəkildə nümayiş edilə bilərmi?
Azərbaycanın Milli Qəhrəmanı olduğu iddia olunan "Rembo" ləqəbli Qasımov Adil Calal oğlu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həmçinin nazirliyin nəzdində Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərdik. Lakin məlum oldu ki, dövlət qurumlarında sözügedən şəxslə bağlı hər hansı dəqiq məlumat yoxdur.