Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 15:38
Belarus prezidenti Aleksandr Lukaşenko hərbçilərlə keçirdiyi toplantıda Ukraynada baş verən hadisələrə toxunub.
Sonxeber.net BELTA-a istinadən xəbər verir ki, prezident "Ukrayna müdafiə nazirinə bu qırğının başlamaması üçün Rusiya Baş Qərargahı ilə əlaqə saxlamağı tövsiyə etdim. Oraya zəng etdi? Zəng etmədi. O, münaqişənin başlaya biləcəyini bildiyi halda Moskvaya zəng belə etmədi", - Lukaşenko bildirib.
Belarus lideri həmçinin qeyd edib ki, Ukraynanın hərbi rəhbərliyi Belarus tərəfi ilə iki dəfə danışıqlar aparıb. "Qulaq asın, tarixdə elə hallar olub ki, Xruşşov gecə Kennediyə zəng edib termonüvə müharibəsini dayandırıb. Burada isə, görürsən, zəng etmək, telefonu götürmək belə çətin idi. Yaramaz!", - Lukaşenko vurğulayıb.
Anar Əli