Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 15:50
Kiyev Rusiya tərəfinin qaldırdığı məsələlərlə bağlı danışmağa hazır olsa, Rusiya Federasiyası Ukrayna rəhbərliyi ilə danışıqlara hazırdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya Federasiyasının Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatının məqsədi olduğunu söyləyib.
"Əməliyyatın öz məqsədləri var, onlara nail olmaq lazımdır. Prezident bildirib ki, bütün qərarlar qəbul edilib və məqsədlərə nail olunacaq", - Peskov jurnalistlərə deyib.
Mətbuat katibi onu da qeyd edib ki, əməliyyatın vaxtından əvvəl dayandırılmasının mümkünlüyündən xəbəri yoxdur: "Bu, Ali Baş Komandanın qərarıdır".