Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 21:51
Ukraynanın baş naziri Denis Şmiqal Çernobıl AES-in və ümumiyyətlə, Çernobıl zonasının Rusiya qoşunlarının nəzarətinə keçdiyini təsdiqlədi
21:32
Rusiyanın Ukraynaya yeritdiyi qoşun birlikləri Çernobıldakı atom-elektrik stansiyasını ələ keçiriblər.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Hazırda AES təhlükədədir, təxribat riski var. Gərgin və ağır döyüşdən sonra Çernobıl AES üzərindənəzarətdə itirdik.
Sabiq AES-in obyektləri, konfaymenti və nüvə tullantıları anbarının durumu məlum deyil.
İndi bu stansiyanın təhlükəsizlikdə olduğunu deyə bilmərik.
Çernobıl AES-in rusiyalı hərbçilərin əlinə keçməsi Avropa üçün ən ciddi təhlükələrdən biridir", - M.Podolyak deyib.