Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”dan Avropaya vida - YENİLƏNİB - VİDEO

“Qarabağ”dan Avropaya vida - YENİLƏNİB - VİDEO

Tarix: 24 Fevral 2022 23:44

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, avrokuboklarda Azərbaycanın sonuncu təmsilçisi "Qarabağ" növbəti sınağına çıxıb.

Ağdam klubu Fransa "Marsel"i ilə üz-üzə gəlib. Ötən həftə "Velodrom"da 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri revanş almaq üçün meydana çıxıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdən öncə tanınmış müğənnilər Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunub. Qarşılaşma həm də Maksim Medvedevin avrokuboklarda 114-cü oyununa çıxaraq Azərbaycan futbol tarixinə yeni rekordçu kimi düşüb.

Görüş erkən qolla başlayıb. 12-ci dəqiqədə Pape Qeye "Marsel"i hesabda önə çıxarıb. Buraxılan qoldan sonra ağdamlılar fəallığı xeyli artırıb.

Hücumların birində İbrahima Vadji əllə topu rəqib qapısından keçirib. Meydanda yaşanan insidentin ardından bu qol ləğv olunub.

İkinci hissədə rəqibini təzyiq altında saxlayan "Qarabağ" hesabı dəyişə bilməyib. Azarkeşlərin "Anadır arzulara hər zaman Qarabağ" mahnısının misralarını səsləndirməsi ilə böyük qüvvə ilə irəli atılan təmsilçimiz görüşün sonlarında daha iki top buraxıb. Bununla da ağdamlılar ev görüşündən 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, bununla da həm iki oyunun yekununda 1:6 hesabı ilə uduzan "Qarabağ", həm də Azərbaycan üçün avrokubok mövsümü başa çatıb.

Konfrans Liqası
Pley-off, cavab oyunu
24 fevral
21:45. "Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:3
Qollar: 
Pape Qeye, 12, Matteo Qenduzi, 77, Konrad de la Fuente, 90+2
Baş hakim: Bartoş Frankovski (Polşa)
"Qarabağ": 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə
Baş məşqçi: Qurban Qurbanov
"Marsel": 30. Stiv Mandanda (k), 4. Bubakar Kamara, 14. Luan Peres, 22. Pape Qeye, 2. Vilyam Saliba, 15. Duje Kaleta-Kar, 21. Valentin Rongier, 6. Matteo Qenduzi, 10. Dimitri Paye, 12. Bamba Dienq, 13. Sedrik Bakambu
Ehtiyat oyunçular: 1. Simon Nqapanduenbnbu, 16. Pau Lopes, 7. Amine Harit, 23. Sead Kolaşinaç, 3. Alvaro, 5. Leonardo Balerdi, 29. Pol Lirola, 8. Gerson, 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 9. Arkadiuş Milik
Baş məşqçi: Xorxe Sampaoli
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:3

23:33

Konfrans Liqası

1/16 finalın cavab oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:2 (İkinci hissə)

Qol: Qeye, 12, Genduzi, 77
Baş hakim: Bartoş Frankovski (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:3

22:21

Konfrans Liqası

1/16 finalın cavab oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:1 (Birinci hissə)

Qol: Qeye, 12
Baş hakim: Bartoş Frankovski (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:3

21:56

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ" da növbəti sınağına çıxacaq.

Ağdam klubu Fransa "Marsel"i ilə üz-üzə gələcək. Ötən həftə "Velodrom"da 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri revanş almağa çalışacaq.

Təmsilçimiz 1/8 finala yüksəlmək üçün ya 3 top fərqilə qalib gəlməli, ya da 2 top üstünlüyündən sonra penaltilər seriyasında qələbə qazanmalıdır. Tofiq Bəhramov adına Respublika stadionunda doğma azarkeşlər önünə çıxacaq "Qarabağ" evdəki məğlubiyyətsizlik seriyasını davam etdirməklə mərhələ keçməyə çalışacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması sabah keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Konfrans Liqası
Pley-off, cavab oyunu
24 fevral
21:45. "Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:0
Baş hakim: 
Bartoş Frankovski (Polşa)
"Qarabağ": 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə
Baş məşqçi: Qurban Qurbanov
"Marsel": 30. Stiv Mandanda (k), 4. Bubakar Kamara, 14. Luan Peres, 22. Pape Qeye, 2. Vilyam Saliba, 15. Duje Kaleta-Kar, 21. Valentin Rongier, 6. Matteo Qenduzi, 10. Dimitri Paye, 12. Bamba Dienq, 13. Sedrik Bakambu
Ehtiyat oyunçular: 1. Simon Nqapanduenbnbu, 16. Pau Lopes, 7. Amine Harit, 23. Sead Kolaşinaç, 3. Alvaro, 5. Leonardo Balerdi, 29. Pol Lirola, 8. Gerson, 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 9. Arkadiuş Milik
Baş məşqçi: Xorxe Sampaoli
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:3


Etiketlər:  Qarabağdan Avropaya vida YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ