Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibənin ilk günü rusiyalı iş adamları 39 milyard dollar itirib

Müharibənin ilk günü rusiyalı iş adamları 39 milyard dollar itirib

Tarix: 25 Fevral 2022 10:08

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündə ən zəngin rusiyalı iş adamlarının sərvəti 39 milyard dollar azalıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu "Bloomberg" nəşri yazıb.

"Kasıblayan" milyarderlər siyahısına "LUKoil"in prezidenti Vahid Ələkbərov başçılıq edir. Onun sərvəti bir gündə 6,2 milyard dollar azalaraq 13 milyard dollara düşüb.

Rusiyalılar arasında "Bloomberg" milyarderlər indeksinə başçılıq edən "Nornikel"in prezidenti Vladimir Potanin təxminən 3 milyard dollar itirib (sərvəti 26,1 milyard dollar olub). "Severstal"ın Direktorlar Şurasının rəhbəri Aleksey Mordaşovun itkiləri 4,2 milyard dollar (var-dövləti 23 milyard dollara düşüb) təşkil edib.

2022-ci ilin əvvəlindən V.Ələkbərov və G.Timçenko hər biri 10 milyard dollar və ya sərvətlərinin 40 %-dən çoxunu itiriblər.

"Bloomberg" qeyd edib ki, bu, rusiyalı milyarderlərin ən böyük maliyyə itkisidir. Agentliyin məlumatına görə, rusiyalı milyarderlərin ümumi sərvəti 2021-ci ilin sonunda 375 milyard dollar təşkil edib.


Etiketlər:  Müharibənin günü rusiyalı adamları milyard dollar itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ