Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 20:18
Türkiyədə ailə qurmağa hazırlaşan gəlin tərəfinin bəyə verdiyi siyahı sosial mediada gündəm olub. Toy xərclərinin siyahısının ümumi dəyəri nə az, çox, 568 min türk lirəsi olub.
Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, Türkiyədə inflyasiya rəqəmlərinin artması ilə evlənmək arzusunda olan gənclər də arzularını reallaşdırmaqda çətinlik çəkirlər. Sözügedən siyahıya evlilik hazırlıqları üçün bəydən tələb olunanlar daxil edilib. Siyahıdakı qiymətlər heyrətamiz idi. Ev, qızıl, məişət əşyaları, gəlinlik və hədiyyə kimi müraciətlərin yer aldığı siyahının 568 min TL olduğu görülüb. Siyahıda ən diqqətçəkən detal isə gəlinin qardaşı üçün tələb olunan 10 min TL-lik hədiyyə olub.
Anar Əli