Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 04:32
Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun həyat yoldaşı Pervin Ersoyun Kahramanmaraş Dulkadiroğlu bələdiyyə başçısı Necati Okayın dəvəti ilə tarixi Bahtiyar Yokuşunu ziyarəti vaxtı çanta və çətirini qadın polisə daşıtması müzakirələrə səbəb olub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Pervin Ersoy bunu əks etdirən fotonu instaqram hesabında paylaşsa da, sonradan silib.
Buna səbəb onun ünvanına yazılan tənqidi fikirlər olub. Ersoy onların bəzilərinə cavab da verib.
Qeyd edək ki, P. Ersoyun polisə daşıtdığı "Chanel" markalı çantanın qiyməti 15 136 AZN təşkil edir.
Xatırladaq ki, P. Ersoy 2019-cu ildə evindəki işçisinə əlini öpdürüb 100 dollar verdiyi fotonu instaqram hesabında paylaşmış və tənqid olunmuşdu.