Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ƏN TƏHLÜKƏLİ simptomu

Koronavirusun ƏN TƏHLÜKƏLİ simptomu

Tarix: 26 Fevral 2022 07:33

Alimlər koronavirusun bir çox simptomlarını aşkar ediblər. Onlardan bəziləri tez-tez, digərləri isə əksinə nadir hallarda meydana çıxır.

Lakin koronavirusun 1 simptomu ən təhlükəli sayılır və bu simptom əmələ gəldikdə vaxt itirmədən tibbi yardım üçün müraciət etmək lazımdır.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, immunoloq-allerqoloq Vladimir Bolibokun sözlərinə görə, təngənəfəslik koronavirusun ən təhlükəli simptomudur. Təngənəfəslik ağciyərin ciddi zədələnməsinə işarə edir.

Həkim qeyd edib ki, bu simptom yüksək qızdırma və digər koronavirusun əlamətləri ilə müşayiət olunmaya da bilər.

Mütəxəssis təngənəfliyi hiss etdikdə dərhal həkimə müraciət etməyi tövsiyə edir.

Milli.Az


Etiketlər:  Koronavirusun TƏHLÜKƏLİ simptomu


RƏYLƏR