Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2025 23:03
İngiltərədə aparılan araşdırmalar qadınların gündəlik istifadə etdiyi tampon, bezlərdə zəhərli maddələrin və ağır metalların olduğunu üzə çıxarıb.
Məlum olub ki, bəzi məhsullarda pestisitlərin miqdarı təhlükəsiz limitin 40 qatını ötür.
WEN və PAN UK təşkilatları bu nəticələrə əsaslanaraq menstruasiya məhsullarında zərərli qalıqların tamamilə qadağan edilməsi və istehsalçıların istifadə etdikləri maddələri açıqlaması təmin olunması barədə hökumətə çağırış edib.
Ekspertlər bildirir ki, bu kimyəvi maddələr hormon balansını poza, reproduktivliyi azalda, hətta xərçəng və digər ciddi xəstəliklərə səbəb ola bilər.
Həmçinin, ekoloji yönümlü məhsullar da təhlükəsiz deyil. Bəzi menstruasiya məqsədli alt paltarlarında antibakterial təsir üçün istifadə olunan gümüşlü parçalar faydalı bakteriyaları öldürür.
Gülümsər