Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 11:20
İnsanlar yanacaqdoldurma məntəqəsinə axın etdi, dövlət şirkəti limit qoydu.
Polşa vətəndaşları Rusiyanın ölkələrinə hücum edə biləcəyindən ehtiyat edərək yanacaq yığmaq üçün yanacaqdoldurma məntəqələrinə axışdıqdan sonra yanacaq satışına məhdudiyyət qoyub.
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, səlahiyyətlilərin yanacağın tədarükündə problem olmadığı barədə açıqlamalarına baxmayaraq, vətəndaşlar anbarlarını doldurmaqla yanaşı, zibil qutularına da yığmağa başlayıblar.
Dövlət neft şirkəti PKN Orlen isə yanacaqdoldurma məntəqələrinin sıxlığı səbəbindən yanacaq satışına məhdudiyyət qoyulduğunu açıqlayıb. Şirkətdən verilən açıqlamada avtomobillər üçün bir dəfəyə 50 litr, yük maşınları üçün isə 500 litr yanacaq doldurma limitinin tətbiq edildiyi bildirilib.
Son günlər baş verən proseslər nəticəsində ölkədə yanacağa olan tələbatın normadan iki dəfə çox artdığı qeyd edilən açıqlamada ictimai nəqliyyatda hər hansı məhdudiyyətin olmadığı bildirilib.