Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 12:46
"Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qərar vermək üçün həlledici an çatıb".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Aİ Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında deyib.
"Uzun müddətdir davam edən müzakirələri birdəfəlik bağlamaq və Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qərar vermək üçün həlledici an çatıb. Mən Aİ Şurasının Prezidenti ilə daha çox səmərəli yardım və ukraynalıların öz azad gələcəkləri uğrunda apardığı qəhrəman mübarizəni müzakirə etdim", - o vurğulayıb.