Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirildi - FOTO

“Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirildi - FOTO

Tarix: 26 Fevral 2022 21:38

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində 26 fevral 2022-ci il tarixində Bakı Konqres Mərkəzində "Ədalətsizliyin 30 ili" adlı beynəlxalq anım tədbiri keçirilib.

Sonxeber.net bildirir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilib ki, hibrid formada baş tutan tədbirdə dövlət rəsmiləri, ölkəmizdə təhsil alan xarici və yerli tələbələr, diplomatik korpus nümayəndələri, Xocalı soyqırımı şahidləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edib, həmçinin ölkəmizin 55 regionundan və Türkiyənin 81 vilayətindən mindən çox gənc onlayn şəkildə tədbirə qoşulub.

Tədbirin rəsmi hissəsi Azərbaycan Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirdə Azərbaycan Prezidentinin Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və Türkiyə Gənclər Fondunun direktoru Enes Eminoğlu çıxış ebiblər.

Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü ildən etibarən 26 fevral "Xocalı Soyqırımı Günü" kimi yad edilməsi qərara alınıb.

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı ordumuzun qazandığı tarixi qələbə nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyulsa da, ədalətin bərpası uğrunda mübarizə bitməyib.

Tədbirin yekununda yerli və xarici tələbələrin iştirakı ilə "Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi" mövzusunda panel müzakirə baş tutub.

Paneldə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Elnur Aslanov, Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev, ADA Universitetinin siyasi elmlər və iqtisadi nəzəriyyə üzrə professoru Kavus Abuşov iştirak ediblər.

Xocalı soyqırımı ilə bağlı məlumatları istifadə edən zaman Kampaniyanın rəsmi veb-saytına (https://justiceforkhojaly.org/) istinad edilməsi tövsiyə olunur. Bununla yanaşı, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə məlumatları, həmçinin tədbirin keçirilməsinə lazimi dəstək ilə bağlı müraciəti [email protected]  elektron poçt ünvanına göndərmək mümkündür.


Etiketlər:  Ədalətsizliyin adlı beynəlxalq anım tədbiri keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ