Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 21:46
Rusiya Kreml və bir çox dövlət saytına davamlı olaraq kiberhücumlar edilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.
O bildirib ki, daim hücumlar edilir, internet səhifəsi tez-tez donur.
Qeyd edək ki, bəzi haker cəmiyyətləri Ukraynaya hücuma görə Rusiyaya qarşı kibermüharibə elan etdiklərini açıqlayıblar.
Dünyadakı hakerləri sosial mediada Rusiyanı hədəf almağa çağıran cəmiyyət Kremlin internet saytı da daxil olmaqla, bir çox dövlət saytlarını əlçatmaz vəziyyətə saldıqlarını bildiriblər.