Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İki variant var: ya sanksiyalar, ya da üçüncü dünya müharibəsi" - Bayden

Tarix: 27 Fevral 2022 09:40

ABŞ Prezidenti Co Bayden hesab edir ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ "üçüncü dünya müharibəsi" olacaq.

Milli.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu amerikalı lider bloqqer Brayan Koenlə müsahibəsində deyib.

"Baxın, iki variant var idi: üçüncü dünya müharibəsinə başlamaq, Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək",-deyə ABŞ lideri bildirib.

Milli.Az


Etiketlər:  İki variant var ya sanksiyalar ya da üçüncü dünya müharibəsi Bayden


RƏYLƏR