Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək

Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək

Tarix: 27 Fevral 2022 09:50

Ukraynadakı vəziyyətlə əlaqədar 9,5 mindən çox fransız əsgəri səfərbər ediləcək və ya döyüş hazırlığı vəziyyətinə gətiriləcək, onlardan 1,5 mini NATO-nun şərq cinahının gücləndirilməsi missiyalarında iştirak edəcək.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə "Agence France-Presse" Fransa Baş Qərargahına istinadən xəbər verir.

Qeyd olunub ki, Rumıniyada 500-ə yaxın fransız əsgəri yerləşdiriləcək. Estoniyada artıq 300 fransız əsgəri var və daha 100-ə yaxın əsgər dörd "Mirage 2000-5" qırıcısının müşayiəti ilə ora gedəcək. Məqsəd Baltikyanı ölkələrin hava hücumundan müdafiəsini gücləndirməkdir.

Polşa üzərində uçuşlarda isə 600-ə yaxın hərbçi də iştirak edir. Fevralın 24-dən uçuşlar gündə iki dəfə həyata keçirilir. Bundan əlavə, təxminən 8000 fransız əsgəri NATO-nun çevik reaksiya qüvvələrinin bir hissəsi kimi hazır vəziyyətdədir.


Etiketlər:  Fransa minə yaxın hərbçisini səfərbər edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ