Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya təyyarələrinin Almaniya hava məkanına girişi qadağan edilib

Rusiya təyyarələrinin Almaniya hava məkanına girişi qadağan edilib

Tarix: 27 Fevral 2022 09:56

Almaniya hökuməti Rusiya təyyarələrinin ölkənin hava məkanına daxil olmasına qadağa qoyulması barədə göstəriş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Almaniyanın nəqliyyat naziri Volker Vissinq məlumat verib.

Hazırda məhdudiyyət hazırlanır.

Alman aviaşirkəti "Lufthansa" da Ukraynadakı müharibə səbəbindən dərhal Rusiyaya uçuşlar həyata keçirməyəcəyini bildirib.

Şənbə günündən etibarən bütün uçuşlar növbəti yeddi gün ərzində dayandırılıb.

"Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi bizim üçün ən böyük prioritetdir",- deyə "Lufthansa" şirkətindən bildirilib.


Etiketlər:  Rusiya təyyarələrinin Almaniya hava məkanına girişi qadağan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ