Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski hamını Ukraynada döyüşməyə çağırdı

Zelenski hamını Ukraynada döyüşməyə çağırdı

Tarix: 27 Fevral 2022 11:26

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiəsini gücləndirmək üçün yeni hərbi strukturun - "Ukraynanın Beynəlmiləl Ərazi Müdafiəsi Legionu"nun yaradıldığını bəyan edib.

Sonxeber.net Ukrayna Prezidentinin rəsmi saytına istinadən bildirir ki, legion Ukraynada Rusiyanın silahlı qüvvələrinə qarşı vuruşmaq istəyən əcnəbilərdən formalaşdırılacaq.

"Ukrayna rəhbərliyi Beynəlxalq təhlükəsizliyin təminatına və rusiyalı işğalçılara qarşı müqavimətə qoşulmaq istəyən bütün xarici ölkə vətəndaşlarına ölkəmizə gələrək Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulmağı təklif edir", - bəyanatda deyilir.

Xatırladaq ki, Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnamə"yə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək, ərazi müdafiə qüvvələrinin sıraları da daxil olmaqla könüllülük əsasında müqavilə bağlamaq hüququna malikdirlər.


Etiketlər:  Zelenski hamını Ukraynada döyüşməyə çağırdı


RƏYLƏR