Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uzman həkimdən respirator xəstəliklərlə bağlı İZAH

Uzman həkimdən respirator xəstəliklərlə bağlı  İZAH

Tarix: 27 Fevral 2022 19:06

Soyuqlar düşdükcə kəskin respirator xəstəliklərin - qrip, paraqrip, adenavirus və digər infeksiyaların çoxalması üçün şərait yaranır. Nəticədə, bu dövrdə infeksiyalarla xəstələnənlərin sayı artır.

Bu barədə uzman-terapevt Çinarə Səfərova paylaşıb.

Həkimin sözlərinə görə, KRX - dörd ümumi əlamətləri ilə birləşmiş xəstəliklər qrupudur.

1. Onlar infeksion mənşəlidirlər. Viruslar, bakteriyalar tərəfindən törənirlər.

2. Xəstəlik törədiciləri orqanizmə hava-damci yolu ilə - tənəffüs üzvləri vasitəsilə keçirlər.

3. KRX zamanı birinci növbədə məhz tənəffüs üzvləri zərər çəkirlər. Ona görə də xəstəliyi respirator adlandırırlar, (yəni "tənəffüslə əlaqəsi olan).

4. Bütün KRX tez inkişaf edirlər və qısamüddətli olurlar.

KRX törədicinin növündən asılı olaraq 3 yerə bölünür:

Kəskin respirator-virus infeksiyaları (KRVİ) - buraya qrip, paraqrip, adenovirus infeksiyası aiddir. Rinovirus infeksiyası və iki yüzdən artıq digər KRX, bakterial KRX, onları streptokoklar, stafilokoklar, pnevmokoklar və çoxlu digər bakteriyalar törədə bilərlər. Mikoplazmalı KRX - çox nadir xəstəlikdir və onun inkişafında hüceyrə əhatəsi olmayan bakteriyalara oxşar mikoplazmalar-mikroorqanizmlər "günahkar"dırlar.


Etiketlər:  Uzman həkimdən respirator xəstəliklərlə bağlı İZAH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ