Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Latviya Azərbaycan mallarının Şimali Avropada yayılmasına kömək edə bilər (ÖZƏL)

Latviya Azərbaycan mallarının Şimali Avropada yayılmasına kömək edə bilər (ÖZƏL)

Tarix: 7 Sentyabr 2019 07:45

Bakı. Ləman Zeynalova - Trend:

Latviyanın Azərbaycandan məhsul ixrac edilməsi üçün Avropa Birliyinə giriş qapısı olmaq baxımından yaxşı imkanları var.

Bu sözləri Trend-ə müsahibəsində Latviyanın İqtisadiyyat naziri Ralf Nemiro deyib.

Nazir vurğulayıb ki, xüsusilə, Latviya limanlarında Azərbaycan mallarının Şimali Avropada paylanması üçün logistika mərkəzlərinin inkişaf etdirilməsi mümkündür: "Latviya logistika mərkəzləri və üç böyük liman - Riqa, Ventspils, Liepaja çay, pambıq, toxuculuq və kənd təsərrüfatı məhsullarının sürətli çatdırılmasını təmin edir".

R.Nemiro 23 iyul 2018-ci il tarixdə Azərbaycan İqtisadiyyat Nazirinin səfəri çərçivəsində Riqada Azərbaycan Ticarət Evinin açılışının çox əhəmiyyətli bir addım olduğunu qeyd edib: "Ümid edirik ki, Azərbaycan Ticarət Evi Azərbaycan ixracatçıları üçün yaxşı bir nümunə olacaq və Baltikyanı ölkələrdə, Şimali və Qərbi Avropaya malların daha da sürətli emalı və paylanması məqsədi ilə Latviyada yeni ticarət, logistika və istehsal müəssisələri yaradılacaq".

Nazir bildirib ki, Latviya Azərbaycana mal ixracını genişləndirməyə hazırdır: "Gələcək bir layihə olaraq, Hindistan, İran, Orta Asiya və Avropa arasında yeni tədarük zəncirləri də Azərbaycan və Latviya limanları vasitəsi ilə inkişaf edə bilər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Latviya Azərbaycan mallarının Şimali Avropada yayılmasına kömək edə bilər ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ