Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 20:21
Rusiya hərbçilərinin Kiyev yaxınlığındakı Qostomel hava limanına hava hücumu nəticəsində AN-225 "Mriya" təyyarəsi yandırılıb.
Sonxeber.net Ukrayna mediasına istinadən bildirir ki, Rusiya qoşunlarının Qostomeldəki "Antonov" aeroportuna endirdiyi raket-bomba zərbələri nəticəsində Ukraynanın "Antonov" Dövlət Konsernində istehsal edilən, dünyanın dünyanın ən böyük və güclü təyyarələrindən biri olan Ukrayna istehsalı olan "AN-225 Mriya"nın yandırılıb.
Təyyarə "Antonov"da təmirdə olduğundan Ukraynada hərbi əməliyyatlar başlayanda onu ölkədən çıxara bilməyiblər.
Ukrayna Dövlət Rabitə Agentliyinin açıqlamasına görə, təyyarəsinin tam bərpasına 3 milyard dollardan artıq vəsait və təxminən 5 il vaxt gərəkdir: "Bərpa çox vaxt aparacaq. Ukrayna bütün səylərini göstərəcək ki, bu işlərin haqqını işğalçı dövlət ödəsin".
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Twitter hesabında olayla bağlı belə yazıb: "Bu, dünyanın ən böyük təyyarəsi olan AN-225 "Mriya" (Ukrayna dilində "Arzu") idi. Rusiya bizim "Mriya"mızı məhv edə bilər. Amma onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər. Biz qalib gələcəyik!"