Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanı tərk etmiş Azərbaycan vətəndaşlarının nəzərinə!

Ukraynanı tərk etmiş Azərbaycan vətəndaşlarının nəzərinə!

Tarix: 27 Fevral 2022 21:12

Ukraynadakı vəziyyətlə əlaqədar, həmin ölkəni qonşu ölkərə keçməklə tərk etmiş Azərbaycan vətəndaşları Bolqarıstanın ərazisini quru yolla tranzit keçməklə Türkiyəyə gedə bilər.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir:

"- Diqqət! Ukraynanı quru sərhəddi ilə qonşu ölkələrə keçməklə tərk etmiş vətəndaşlarımız Rumıniya ilə Bolqarıstan arasındakı bütün sərhəd-keçid mətəqələri vasitəsilə Bolqarıstanna, oradan isə Türkiyənin keçməklə Azərbaycana səfər edə bilərlər.

 - Bolqarıstan tərəfi Azərbaycan vətəndaşlarının Ukrayna ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv edib. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.

 - Bolqarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar Ruminiyadan quru sərhədi keçmək istəyən Azərbaycan vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

 - Yaranmış suallarla bağlı vətəndaşlarımız müvafiq olaraq aşağıdakı əlaqə vasitələrilə əlaqə saxlaya bilərlər:

 Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi:

Telefon: +407 487 77744, +407 409 90079

Elektron poçt: [email protected]

 Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi:

Telefon: +359895002732

Elektron poçt: [email protected]

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı (Ankara şəhəri) Səfirliyi:

Telefon: +905550310007

Elektron poçt: [email protected]

Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu

Telefon: +905441040111

Elektron poçt: [email protected]

Bildiyniz kimi, bundan öncə verdiyimiz məlumata əsasən, vətəndaşlarımız Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Ruminiya istiqamətlərində tərk edə bilərlər.

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşların diqqətinə təqdim ediləcək".


Etiketlər:  Ukraynanı tərk etmiş Azərbaycan vətəndaşlarının nəzərinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ